Aprelin 14-də Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Şurası Lüksemburqda keçirilən iclasda Azərbaycanın Aİ proqramlarında iştirakını təmin etmək üçün Bakı ilə Brüssel arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə protokolun imzalanmasına dair qərar qəbul edib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilir.
Protokol “Horizon 2020”, “COSME” və ya “Gömrük” kimi Aİ-nin bir sıra konkret siyasət və proqramları çərçivəsində Aİ ilə Azərbaycan arasında daha yaxın əməkdaşlığa yol açır. Cinayətkarlıq və terrorizmə qarşı mübarizə, mülki müdafiə, eləcə də media, mədəniyyət və gənclərin mübadiləsi sahəsində proqramlar baxımından əlavə imkanlar da təklif ediləcək.
Protokolun yaxın gələcəkdə imzalanması planlaşdırılır.