Bank VTB (Azərbaycan) ASC-nin müştəriləri VTB qrupun genişləndirilmiş bankomat şəbəkəsindən istifadə edə bilərlər. Bu barədə bankın məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, Rusiyanın “Transkreditbank” ASC-nin bankomat şəbəkəsinin VTB qrupun ümumi şəbəkəsinə qoşulması nəticəsində ATM-lərin sayı xeyli artıb.
İndi Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahibləri nağd pul vəsaitlərini Rusiyanın “VTB24”, həmçinin VTB-nin MDB və Gürcüstan ərazisində olan 11 500-dən artıq bankomatdan əldə edə bilərlər. Nağdlaşdırma əməliyyatını əlavə komissiya ödəmədən, yəni plastik kartı təqdim etmiş bankın şərtlərinə uyğun həyata keçirmək mümkündür”,- deyə məlumatda bildirilir.
VTB qrupun MDB və Gürcüstan ərazisində yerləşən bankomatları barədə ətraflı məlumat əldə etmək və ən yaxın ATM-i müəyyənləşdirmək üçün, Android и iOS üçün proqram təminatını yükləmək kifayətdir. Həmçinin “Apple Store”, “Android Market” və “Windows Phone”dan da müvafiq qurğular üçün proqramlar əldə etmək, proqram təminatında olan interaktiv xəritə vasitəsilə ən yaxın işlək bankomatı tapmaq, habelə bankomata aparan əlverişli piyada və ya avtomobil yolunu müəyyənləşdirmək mümkündür
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında Bank VTB (Azərbaycan) ASC-yə fəaliyyət göstərmək üçün lisenziya verib. Bankın səhmlərinin 51%-i Bank VTB ASC-yə, 48,99 %-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.