2014-cü ilin I rübündə Azərbaycanda neft emalı zavodları (NEZ) istehsalın həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 6,2% - 610,042 mln. manata qədər azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 11,5% - 306,7 min tona qədər, birbaşa qovulan benzin istehsalı 23,3% - 31 min tona qədər, kerosin istehsalı 0,2% - 175 min tona qədər, dizel yanacağı istehsalı 9,2% - 588,1 min tona qədər, neft bitumu istehsalı 8,3% - 69,5 min tona qədər azalıb.
2014-cü ilin I rübündə yalnız sürtkü yağlarının istehsalında 44,4% - 10,4 min tona qədər artım olub.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) strukturuna daxildir.