“PAŞA Sığorta” şirkəti 2014-cü ilin I rübündə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilmiş məlumatda deyilir.
Xidmətin məlumatına görə, hesabat dövründə “PAŞA Sığorta” 27 mln. 422,011 min manat və ya bütün sığortaçıların 2014-cü ilin yanvar-mart ayları ərzində əldə etdiyi sığorta haqlarının 23,25%-i həcmində sığorta haqqı toplayıb.
Cari ilin birinci rübünün yekunları üzrə toplanmış sığorta haqlarının həcminə görə 10 aparıcı sığorta şirkəti bunlardır: “Atəşgah Həyat” (15 mln. 50,314 min manat), “Paşa Həyat Sığorta” (9 mln. 91,802 min manat),“AzSığorta” (8 mln. 746,925 min manat), “Azərsığorta” (8 mln. 37,075 min manat), “İpək Yolu Sığorta” (7 mln. 522,408 min manat), “Atəşgah” (7 mln. 325,473 min manat), “Qala Həyat” (6 mln. 534,811 min manat), "AXA Mbask" (4 mln. 135,631 min manat) və “Standard Insurance" (3 mln. 312,835 min manat).
Hesabat dövründə lisenziyası olan 28 sığorta şirkəti sığorta haqqı toplayıb. Bununla yanaşı, 19 şirkət tərəfindən 1 mln. manatdan çox sığorta haqqı əldə edilib.
2014-cü ilin yanvar-mart aylarında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 6 mln. 387,872 min manat və ya sığortaçıların bütün ödənişlərinin 22,36%-ni təşkil edib.
Həyata keçirilən ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına "Atəşgah" (2 mln. 970,437 min manat), “Azərsığorta” (2 mln. 940,365 min manat), "AXA Mbask" (2 mln. 195,793 min manat), “AzSığorta” (2 mln. 73,309 min manat), “Standard Insurance” (1 mln. 605,521 min manat), “Beynəlxalq Sığorta Şirkəti” (1 mln. 540,807 min manat), "A-Qroup" (1 mln. 441,656 min manat), “Atəşgah Həyat” (1 mln. 417,570 min manat) və “AtaSığorta” (758,649 min manat) daxildir.
2014-cü ilin yanvar-mart ayları ərzində 28 sığorta şirkəti ödəniş həyata keçirib.
Xəbər verildiyi kimi, cari ilin yanvar-mart aylarında sığortaçıların əldə etdiyi sığorta haqlarının ümumi məbləği 117 mln. 942,682 min manat, ödənişləri 28 mln. 569,747 min manat təşkil edib.