2014-cü ilin I rübündə Azərbaycan əhalisi ticarət obyektlərindən 5 mlrd. 83,7 mln. manat məbləğində istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 2 mlrd. 699,2 mln. manatlıq ərzaq (2013-cü ilin I rübü ilə müqayisədə artım 1,2%), 2 mlrd. 384,5 mln. manatlıq qeyri-ərzaq malları əldə edib (19,9%).
2014-cü ilin I rübündə əhaliyə 1 mlrd. 566,2 mln. manat məbləğində pullu xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 74,9%-i və ya 1165,4 mln. manat məbləğində xidmət hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,5%).