ATƏT Azərbaycanla əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlıdır. Bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, R.Krivokapiç ATƏT Parlament Assambleyasının son dövrdəki fəaliyyəti barədə İ.Əliyevə məlumat verib. ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan R.Krivokapiç bunu əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirib.
İ.Əliyev ATƏT-in Bakı ofisinin yeni statusda fəaliyyətə başlamasının əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başşçısı, həmçinin vurğulayıb ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkənin ərazi bütövlüyü pozulub və bununla bağlı Bakı ikili standartlarla üzləşir.