Kiyevin ən böyük özəl ali məktəblərinin biri olan “Avropa Universiteti”ndə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və "Avropa Universiteti"nin rektoru İvan Timoşenko yeni mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Görüşdə “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun sədri Hikmət Cavadov və başqaları çıxış ediblər.