Azərbaycan 2014-cü ilin I rübündə 2 mlrd. 398 mln. 465,2 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə sadələşdirilmiş vergi bəyannamələri üzrə rəsmiləşdirilmiş qaz ixracı 821 mln. 595,73 min kubmetr ($145 mln. 954,8 min) təşkil edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan qazı SOCAR şirkəti tərəfindən Rusiya, İran və Gürcüstana, “Şahdəniz” konsorsiumu tərəfindən isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsi ilə Gürcüstan və Türkiyəyə ixrac edilir.