Azərbaycan Ukraynada siyasi və iqtisadi vəziyyətin tezliklə nizamlanacağına inanır. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çərşənbə günü Ukraynanın xarici işlər nazirinin müavini Natalya Qalibarenko ilə görüşdə bəyan edib.
N.Qalibarenko BMT Təhlükəsizlik Şurasında Ukraynadakı hadisələrə dair qətnamə üzrə səsvermə zamanı ölkəsinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
N.Qalibarenko qeyd edib ki, Ukrayna böhrana baxmayaraq, Azərbaycanla əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətindədir.
Görüş zamanı ikitərəfli əməkdaşlğa dair konkret məsələlər müzakirə olunub, birgə layihələrin davam etdirilməsinə dair razılıq əldə edilib.