“Azərikmya” İB-nin Etilen-Polietilen zavodunun Qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanması sexinin 2 saylı neft məhsullarının saxlanması parkında neft və neft məhsulları ilə çirklənmiş 4 hektara yaxın ərazidə üç aydan bəri davam edən bioremedasiya üsulu ilə rekultivasiya işləri başa çatdırılmışdır.
Ərazinin yararlı hala salınması məqsədi ilə buraya 450 m3 quru ot, 200 ədəd saman, 520 m3 perlit və 1000 m3-dən artıq peyin verilmişdir.
Birliyin Nəqliyyat və xüsusi texnika İdarəsininin xeyli sayda maşın və mexanizmlərinin yaxından iştirakı və birliyin məsul şəxslərinin nəzarəti altında müvafiq texnologiyalar əsasında rekultivasiya edilmiş ərazidə hazırda hamarlama və çəpərlənmə işləri aparılır.