Qəbələ rayonunda taxıl sahələrinin dərmanlanması prosesi asanlaşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Əvvəlki illərlə müqayisədə indi sahələrdə taxıl xəstəliklərinin və alaq otlarının qarşısını almaq üçün işlər müasir çiləyicilər vasitəsi ilə həyata keçirilir və xüsusi dərmanlardan istifadə olunur. Bu tədbirlər bol məhsul əldə etməyə kömək edəcək. Hər hektardan 30 sentener məhsul götürülməsi gözlənilir.
Bu il rayonda taxıl səpinində “Şəki-1”, “Qobustan”, “Azəri”, “Nurlu”, “Əzəmətli-95” buğda və “Qarabağ”, “Cəlilabad-19” arpa sortlarından olan toxumlardan istifadə olunur.