Bu gecə ABŞ-ın Boston şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində qocalar və uşaqlar da daxil olmaqla ən azı 12 nəfər xəsarət alıb. Bu barədə “Boston Globe” qəzeti məlumat verir.
İki yaşlı şəxs daha ağır yaralanıb.
Partlayış zaman xəsarət alan 12 nəfərdən üçü hadisə zamanı küçədə olub və şüşə parçalarının ətrafa səpələnməsi nəticəsində yaralanıb.
Partlayışdan sonra evdə yanğın baş verib.
Xilasetmə Xidmətinin əməkdaşları partlayış baş vermiş evin və yaxınlıqda yerləşən binaların sakinlərini təxliyə ediblər.
Araşdırma aparılır. Hadisənin qaz sızması nəticəsində baş verməsi ehtimal olunur.