Prezident İlham Əliyev cümə axşamı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən tədbirlərdən danışılıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
X.Akıncı türkdilli dövlətlərin rəmzlərinin əks olunduğu bayrağı İ.Əliyevə təqdim edib.
Bundan başqa, Azərbaycan prezidenti Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri Draqana Filipoviçi də qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.