ABŞ Konqresinin nümayəndə heyəti cari həftənin sonunda Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
Konqresmen Edvard Roysun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın rəsmi şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.
Nümayəndə heyəti Bakıdan sonra Kiyev və İrəvana səfər edəcək.