Azərbaycanda həyat sığortası üzrə xidmət göstərən şirkətlər 2014-cü ilin I rübündə sığorta haqqı yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 48,3% - 30 mln. 676 min 928,52 manatadək artırıblar.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilmiş məlumata əsasən, cari ilin yanvar-mart aylarında həyat sığortası üzrə ixtisaslaşmış üç sığorta şirkəti sığorta bazarında sığorta haqlarının 26,01%-ni təmin edib.
Hesabat dövründə şirkətlərin ödənişləri 1 mln. 920 min 602,63 manat (artım 76,8%), xüsusi çəki sığortaçıların bütün ödənişlərinin 6,72%-ni təşkil edib.
SIĞORTA ŞİRKƏTİ | SIĞORTA HAQLARI | ÖDƏNİŞLƏR |
“Atəşgah Həyat Sığorta” | 15 mln. 50 min 314,59 |
1 mln. 417 min 569,75 |
“Paşa Həyat Sığorta” | 9 mln. 91 min 802,43 | 432 min 803,88 |
“Qala Həyat” | 6 mln. 534 min 811,5 | 70 min 229 |
Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.