Göygöl rayonunda yeni iş yerləri açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“159-u daimi olmaqla 217 yeni iş yeri açılıb”, - deyə rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov hesabat yığıncağında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, hesabat dövründə 28 mln. 920 min manatlıq ümumi məhsul istehsal olunub və xidmətlər göstərilib.
29 sahubkar 414 min manat məbləğində güzəştli kredit alıb, 793 ailənin hər birinə orta hesabla 115 manat ünvanlı sosial yardım verilib”, - deyə A.Seyidov qeyd edib.
Bildirilib ki, rüb ərzində rayonda sosial obyektlərin tikilməsi, abadlıq və quruculuq işlərinin aparılması daha da sürətləndirilib.
“Aşıqlı kəndində 82 mənzilə telefon xətti çəkilib. Dövlət proqramının icrası ilə əlaqədər Şəhriyar, Üçbulaq və Bəhrəmbağ kəndlərində yeni məktəb binalarının tikintisi başa çatdırılıb”, – deyə icra başçısı qeyd edib.
Hesabatda deyilir ki, 2014-cü ilin ilk 3 ayında rayon İcra Hakimiyyətinə 325 müraciət daxil olub.