Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bərpa-müalicə müəssisələrində cari ilin birinci rübü ərzində 1500 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Onlardan 283 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.
Bərpa-müalicə xidməti ilə təmin olunanların 158 nəfərini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, habelə hərbi xidmət zamanı əlil olanlar təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir.