Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşü zamanı Bakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, görüşdə təşkilat tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər və Şuranın digər beynəlxalq təşkilatlarla əməkdaşlığı haqda fikir mübadiləsi aparılıb.