Solomon adalarının paytaxtı Xoniara şəhərindən 562 km şərq-cənub-şərq istiqamətində Mərcan dənizi akvatoriyasında 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə cümə günü Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Geofizika Xidməti məlumat verir.
Geofizika Xidmətinin Altay-Sayan filialının operativ məlumatına əsasən, cümə günü Moskva vaxtı ilə saat 08:13-də 11.26 cənub en və 164.75 şərq uzunluq dairəsində qeydə alınmış zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
Episentrdə titrəyişlərin intensivliyinə görə zəlzələ dağıdıcı olaraq qiymətləndirilir.