2014-cü ilin I rübündə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 373,6 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2014-cü ilin yanvar-mart aylarında Azərbaycanda 1 820 yerlik orta ümumtəhsil məktəbləri də istifadəyə verilib.
Bundan başqa, hesabat rübündə 390 yerlik məktəbəqədər təhsil müəssisələri və 200 yerlik xəstəxanalar istifadəyə verilib.
Xəbər verildiyi kimi, ötən il Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 2 mln. 138,8 min kvadratmetr təşkil edib.