Cümə günü prezident İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın görüşü zamanı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev sərhəd xidmətləri arasında birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin iki ölkənin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı mədəniyyət və humanitar sahələrdə də əməkdaşlığımızın razılıq doğurduğunu bildirib.