2014-cü ilin I rübündə Qəbələ rayonunda istehsal olunan ÜDM-in həcmi 2013-cü ilin analoji dövrü ilə müqayisədə 8% - 42,787 mln. manata qədər artıb. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, bu barədə rayonun icara başçısı Səbuhi Abdullayev birinci rübün yekunlarına həsr olunmuş iclasda bəyan edib.
I rübün yekunları üzrə rayonda adambaşına ÜDM 10,6% - 426 manatadək artıb.
S.Abdullayev qeyd edib ki, I rübdə sənaye sahəsində ÜDM istehsalı 1,5%, kənd təsərrüfatı sahəsində 2,3%, tikinti sahəsində 0,6%, nəqliyyatda 1,9%, rabitədə 12,5 dəfə, göstərilən pullu xidmətlərin həcmi 0,3%, ticarət dövriyyəsi 4,7% artıb.
Onun sözlərinə görə, yerli büdcənin gəlirləri 150% icra olunub və 3 mln. 181,3 min manat təşkil edib. Xərclər isə 101% icra edilib və 4 mln. 404,7 min manat təşkil edib.