Azərbaycan 23-25 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək "KİTF 2014" beynəlxalq turizm sərgisində iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanı 5 yerli turizm şirkəti və 4 otelin təmsil edəcəyi sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 42 kv.m sahədə xüsusi lövhə quraşdırılacaq.
Azərbaycan stendində sərgiyəyə gələn ziyarətçi və iştirakçılara ingilis və rus dillərində hazırlanmış müxtəlif növ reklam-çap məhsulları paylanılacaq. Azərbaycan artıq ikinci dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edir. Bu il "KİTF 2014" sərgisində ölkəmizlə yanaşı, 41 ölkədən 260 şirkət təmsil olunacaq.