Aprelin 22-də Bakıda Azərbaycan-Kamboca biznes forumu keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Biznes-forum Kamboca Krallığının baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçiriləcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.