Azərbaycan və Argentina kənd təsərrüfatı və əczaçılıq sahəsində iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensiala malikdir. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşü zamanı bildirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan və Argentina iqtisadi əlaqələrin genişləndirilməsi, xüsusilə də kənd təsərrüfatı və əczaçılıq sahələrində böyük potensiala malikdir.