2014-cü ilin I rübündə Azərbaycanın daxili bazarına 1 mln. 142,3 min ton neft məhsulu tədarük edilib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 3,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili bazara 304,6 min ton avtomobil benzini, 266,6 min ton dizel yanacağı, 115,3 min ton aviakerosin, 89 min ton mazut, 61,8 min ton neft bitumu, 48,4 min ton maye qaz, 256,6 min ton digər neft məhsulları tədarük olunub.
2014-cü il aprelin 1-nə ölkənin neft emalı zavodlarının anbarlarında 28,6 min ton avtomobil benzini, 3,6 min ton birbaşa qovulan benzin, 51,4 min ton aviakerosin, 90,2 min ton dizel yanacağı, 12,6 min ton sürtkü yağı, 12,8 min ton neft bitumu var.