2014-cü ilin sonuna kimi Bakıda “Starbucks” şəbəkəsinin bir neçə qəhvəxanası açılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azerbaijan Property Solutions” şirkətinin nümayəndəsi Rəsul Məmmədov bildirib.
Onun sözlərinə görə, Amerika şirkəti danışıqları artıq başa çatdırıb və Bakının bir neçə hissəsində öz qəhvəxanalarını açmağı planlaşdırır.
“Starbucks” dünyada ən iri qəhvəxana şirkətidir. Şirkətin 60 ölkədə 19 mindən artıq qəhvəxanası fəaliyyət göstərir.
“Azerbaijan Property Solutions” şirkəti daşınmaz əmlak sahəsində məsləhət xidmətləri təqdim edir.