Ötən həftə Azərbaycan polisi axtarışda olan 67 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (14-20 aprel) baş vermiş bədbəxt hadisələr nəticəsində 7 nəfər həlak olub, 10 nəfər yaralanıb və zəhərlənib, həmçinin 4 intihar hadisəsi qeydə alınıb.
1 nəfər qətldə, 9 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 26 nəfər oğurluqda, 8 nəfər qarətdə, 2 nəfər avtomobil qaçırmaqda, 3 nəfər dələduzluqda, 2 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 6 fakt qeydə alınıb.