Ötən həftə Azərbaycanda qeydə alınmış yol-nəqliyyat hadisələrində 18 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Həftə ərzində ölkədə baş vermiş 28 yol-nəqliyyat hadisəsində 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində baş verib. “VAZ-21074” markalı avtomobilin kanala düşməsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bundan başqa, Qəbələ rayonunda “Mercedes” markalı minik maşınının aşması 2 nəfərin ölümünə səbəb olub.