Ötən həftə ərzində Azərbaycanın hüquq mühafizə orqanları 42 narkomanı və 6 narkotik maddə alverçisini saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrin istifadəsində şübhəli bilinən şəxslərdən ümumilikdə 31,65 qram marixuana, 24 qram həşiş, 13,38 qram tiryək və 6,205 qram heroin müsadirə olunub.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən isə 25,6 kq heroin, 25,06 kq tiryək, 8,5 kq həşiş və 200 qram marixuana götürülüb.