Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu həftə Türkiyəyə səfər edəcək. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 23-də baş tutacaq səfərin məqsədi Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçiriləcək anma mərasimində iştirak etməkdir.
Səfər aprelin 25-dək davam edəcək.