Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın müdafiə naziri Serik Axmetov ilə siyasi, iqtisadi və enerji sahələrində ikitərəfli münasibətləri müzakirə edib. Bu barədə AzTV dövlət telekanalı məlumat verir.
Həmsöhbətlər qeyd olunan sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər.
Bundan başqa, S.Axmetovun Azərbaycana səfərinin hərbi sahədə ikitərəfli əməkdaşlığın genişlənməsinə imkan yaradacağına əminlik vurğulanıb.