26-27 aprel tarixlərində Bakıda ümumtəhsil müəssisələrinin sərgisi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Sərginin təşkilatçısı “British Council”dır. Sərgidə Böyük Britaniyanın 20 kolleci, məktəbi və dil kursu təmsil olunacaq.
İştirakçılar arasında müsabiqə təşkil olunacaq, tələbə və şagirdlər, eləcə də valideynlər üçün seminarlar və təqdimatlar keçiriləcək.