Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müvafiq dəvət bazar ertəsi Azərbaycan prezidentinin Kambocanın baş naziri Hun Sen ilə görüşü zamanı səsləndirilib.
Görüşdə dövlət başçısı H.Senin Azərbaycana səfərinin uğurlu olacağına və iqtisadi sahədə də əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib. O, ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların olduğunu vurğulayıb.
H.Sen, öz növbəsində ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.