Cari ilin iyun ayına ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye
Burkxalterin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı ATƏT-dən məlumat verilib.
D.Burkxalter iyunun 4-də Azərbaycana səfər etməyi planlaşdırır. Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.
Bundan başqa, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi və üzvləri, ölkənin siyasi partiyalarının liderləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Azərbaycandan sonra D.Burkxalter İrəvana səfər edəcək.