ABŞ-ın vitse-prezidenti Cozef Bayden çərşənbə axşamı Kiyevdə Ukraynaya enerji resurslarlarının tədarükündə Rusiyadan asılılığı azaltmağa kömək etməyə hazır olduqlarını bildirib. Bu barədə “Associated Press” agentliyi xəbər verir.
Bundan başqa, o bildirib ki, Vaşinqton "alçaldıcı təhdidlərə" qarşı durmaq cəhdində Kiyevi dəstəkləyir. Xəbərdə söhbətin məhz hansı təhdidlərdən getdiyi açıqlanmır.
C.Bayden Ukraynanın siyasi liderləri qarşısında çıxışı zamanı onları korrupsiyaya qarşı mübarizə aparmağa çağırıb. ABŞ-ın vitse-prezidenti, həmçinin vurğulayıb ki, indi Ukrayna siyasətçilərinin həqiqətən də vahid ölkə yaratmaq üçün tarixi imkanları yaranıb.