Çərşənbə axşamı “Azərsu” ASC Bakının Nizami rayonunda abonentlərə içməli suyun verilişində məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Rayonun Qara Qarayev prospekti 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.