Azərbaycan baş verən təbii fəlakətlə əlaqədar Sent Vinsent və Qrenadiyə yardım göstərib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Sent Vinsent və Qrenadidə güclü yağışlar daşqınlara səbəb olub, bu isə kənd təsərrüfatı və enerji sektorunda böyük fəsadlar törədib.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə bu ölkəyə yardım göstərib.