Azərbaycan bir gün əvvəl Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünü müsbət qiymətləndirir.
“Həştərxanda keçiriləcək Xəzər sammitinə hazırlığa dair geniş danışıqlar aparılıb”, - deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Onun sözlərinə görə, tərəflər həmçinin yaxın aylarda İranda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun görüşünün keçirilməsinə dair razılığa gəliblər.
“Bundan başqa, əgər zərurət yaranarsa, Xəzəryanı ölkələrin XİN başçılarının Həştərxan sammitindən əvvəl bir daha toplaşacağına dair razılıq əldə olunub”, - deyə o vurğulayıb.