Qərbin diplomatik dairələri Ukrayna böhranına dair mübahisəli məsələlərin həll edilməsi üçün Cenevrədə daha bir görüşün keçiriləcəyini istisna etmirlər. Bu barədə “The Guardian” qəzeti” məlumat verir.
“Biz Rusiyadan Moskvanın səsləndirdiyi neqativ ritorikanı gözləmirdik. Lakin biz ona bir qədər də vaxt verəcəyik, ancaq hərəkət etməyin lazım olmasında da israr edəcəyik”,- deyə qəzet anonim diplomata istinadən yazır.
“Diplomat bildirib ki, mübahisəli məqamların sayının azalmasına imkan verəcək yeni Cenevrə görüşünün keçirilməsini istisna etmir”, - deyə qəzet yazır.