Çərşənbə günü növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərə Naxçıvan avtomobil zavodunda istehsal olunan “Naz-Lifan” markalı minik avtomobilləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Beləliklə, son üç həftə ərzində minik avtomobili ilə təmin olunmaq üçün növbədə duran bu kateqoriyadan olan 300 nəfər avtomobillə təmin olunub.
Açarlarin təqdim olunması mərasimində vurğulanıb ki, ümumilikdə dövlət 4106 nəfərdən artıq əlilliyi olan şəxsi minik avtomobilləri ilə təmin edib.
Gələcəkdə növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək.