Mart ayında Azərbaycanda yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan 15 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həyata keçirdiyi reydlər nəticəsində 15 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, bundan başqa, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 5 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Bu qərar yeyinti məhsullarının laboratoriya müayinələrinin nəticələrinə əsasən qəbul olunub.
Nazirliyin məlumatına görə, mart ayı ərzində əhali arasında 76 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 83 nəfər zərər çəkib, o cümlədən 4 botulizm hadisəsi qeydə alınıb.