Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 99 vəzifə üzrə 103 vakant yeri müsabiqəyə çıxarıb. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin siyahısı və müsabiqədə iştirak şərtləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytında, həmçinin nazirliyin rəsmi saytında tanış olmaq mümkündür.