Azərbaycanın Mərakeşdəki səfiri Tarik Əliyev etimadnaməsini Mavritaniya prezidenti Məhəmməd Uld Əbdüləzizə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Dövlət başçısı Mavritaniyanın Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğu bəyan edib. Ölkəsində zəngin təbii resupsların olduğunu bildirən Məhəmməd Uld Əbdüləziz enerji sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd edib.
T.Əliyev, öz növbəsində Azərbaycanın Mavritaniya ilə ikitərəfli münasibətlərə verdiyi önəmi qeyd edib və onların gələcək inkişafı üçün geniş imkanların mövcudluğunu vurğulayıb.
Səfir əmindir ki, tərəflər siyasi, iqtisadi, mədəni, təhsil və digər sahələrdə münasibətlərin dərinləşməsində birgə səy göstərəcək.
T.Əliyev, həmçinin Azərbaycanın Tunis, Mali, Qambiya, Portuqaliya və Seneqaldakı səfiridir.