SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Bakının 3 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyur. Bu barədə İB-nin məlumatında deyilir.
Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinə dönən hissədə “Azvirt” MMC tərəfindən yolun genişləndirilməsi işləri aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:50-dən etibarən Nərimanov rayonunun böyük bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.
Bundan başqa, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi məqsədi ilə saat 13:00-dan 15:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Sabunçu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.