Aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində milli kino sənətinin inkişafında əhəmiyyətli xidmətləri olan tanınmış kinorejissor, xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 75 illiyinə hərs olunmuş yubiley gecəsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Kinorejissorun 75 illiyi ilə yanaşı, sənət fəaliyyətinin 55 illiyi də qeyd olunacaq.
T.İsmayılovun "Musiqi müəllimi", “Yay gününün xəzan yarpaqları”, "Oxuyur Müslüm Maqomayev", "Mən nəğmə bəstələyirəm" və s. filmləri məşhurdur.
Tədbirdə yerli və xarici mədəniyyət və incəsənət xadimləri iştirak edəcək, rejissorun filmlərindən fraqmentlər nümayiş olunacaq.