1 aprel 2014-cü il tarixinə“VTB Bank” (Azerbaijan) ASC-nin istehlak kreditləri üzrə portfeli 93,7 mln. manat təşkil edir, bu isə ötən ilin aprel ayının 1-nə olan göstəricidən 2,4 dəfə çoxdur. Bu barədə bankdan məlumat verilib.
Məlumatda vurğulanır ki, cari ilin birinci rübünün sonuna bankda əhalinin əmanətləri 5 mln. 451 min manat (2013-cü il martın 31-nə olan göstərici ilə müqayisədə artım 63%) təşkil edib.
2014-cü ilin birinci rübü ərzində bankın gəlirləri 10,611 mln. manat təşkil edib, bu isə ötən ilin yanvar-mart aylarının yekunları üzrə göstəricidən 3 dəfə çoxdur.
2013-cü ilin analoji dövrü ilə müqayisədə aktivlər 2,1 dəfə - 205,4 mln. manatadək, kredit qoyuluşları 2,3 dəfə - 194,4 mln. manatadək, məcmu kapital 3 dəfə - 46,084 mln. manatadək artıb.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən Azərbaycan “AF-Bank”ının səhmlərinin 51%-nin alınmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.