2014-cü ilin I rübündə investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 1 mln. manata yaxın investisiya qoyulub. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında belə bildirilir.
Komitənin məlumatına əsasən, hesabat dövründə keçirilən 12 pul və ixtisaslaşmış pul hərraclarında 11 səhmdar cəmiyyətinin səhmləri satılıb.
“I rübdə Azərbaycanda 150 kiçik dövlət müəssisəsi və obyekti, 130 torpaq sahəsi özəlləşdirilib. Bu dövrdə hüquqi və fiziki şəxslərə 115 qeyri yaşayış daşınmaz əmlak obyekti və 105 torpaq sahəsi icarəyə verilib”,- deyə məlumatda qeyds edilir.
Bundan başqa, komitə 5500 dövlət müəssisəsi və təşkilatdan daşınmaz dövlət əmlakının qorunması üzrə xüsusi hesabatın alınmasını təmin edib.