Azərbaycan və Ukrayna alimləri Qarabağa dair məqalə dərc ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
“Qarabağ: Azərbaycan tarixi səhifələrini vərəqləyərkən (ərazinin mənəvi və tarixi irsi məsələsinə baxış)” adli məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Şuşa” qrant layihəsi çərçivəsində dərc edilib.
Məqalənin müəllifləri Bakı Slavyan Universitetinin doktorantı Eldar Əmirov və Ukraynanın “Nomos” Geosiyasi Tədqiqatlar Mərkəzinin elmi işçisi Maksim Mayorovdur.
Məqalədə Qarabağın Azərbaycanın təkcə ərazi-inzibati deyil, həm də tarixi-mənəvi və mədəniyyətşunaslıq nöqteyi nəzərdən ayrılmaz tərkib hissəsi olduğunu sübut edən faktlar yer alıb.