Azərbaycan Türkmənistanın enerji resurslarının Avropa bazarlarına çıxarılması üçün alternativsiz yoldur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə politoloq Fikrət Sadıxov bəyan edib.
“Əsas etibarilə, Türkmənistan Baki-Tiflis-Ceyhan boru kəmərinin doldurulmasına öz töhfəsini verir, yəni bu ölkənin də nefti boru kəmərinə doldurulur. Söhbət qaz hasilatından gedir. Düşünürəm ki, bu əməkdaşlıq davam edəcək və Türkmənistan bu proseslərdə iştiraka davam edəcək, çünki Azərbaycan - Türkmənistan qazının Avropa qitəsinə yeganə nəql yoludur”, - deyə F.Sadıxov Transxəzər qaz kəmərinin tikintisi perspektivi barədə sualı şərh edərkən bildirib.
Onun fikrincə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakı və Aşxabad arasında problemlərin olmamasına dair bəyanatında Azərbaycan ərazisinin Avropaya Türkmənistan qazının tranziti üçün yeganə olmasına işarə edib.
“Düşünürəm ki, nazir məhz bunu nəzərdə tutub. Çünki əks halda Türkmənistan Çin istiqamətində və digər qeyri-Avropa dövlətləri ilə əməkdaşlıq edə bilər”, - deyə F.Sadıxov bildirib.
F.Sadıxov əmindir ki, bununla belə beş Xəzəryanı ölkənin XİN başçılarının Moskvada keçirilən son görüşü tərəflərin razılığa yaxın olduqlarını nümayiş etdirdi.
“Hər halda, beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında sırf hüquqi məqamlar ilə bağlı olmayan bir sıra məsələ öz əksini tapıb. Əgər Xəzər regionu hövzəsində gələcək əməkdaşlıq perspektivləri barədə danışsaq, o zaman qeyd etmək lazımdır ki, hər halda neft-qaz hasilatı ilə məşğul olan Xəzərin beşliyinə daxil olan beş ölkə çox güman ki, imzalanan genişmiqyaslı müqavilə və sazişdən və kontekstindən asılı olmayaraq karbohidrogen hasilat ilə məşğul olamağa dair razılığa gəlib. Düşünürəm ki, bu ölkələrin hər biri məsələnin bu cür qoyulmasından razıdır, çünki əks halda onlar ümumi rəy və konkret razılığa gələ bilməzdi”, - deyə politoloq hesab edir.
Xəzəryanı ölkələrin nümayaəndələrinin müntəzəm görüşlərinə gəlincə isə, politoloqun fikrincə, onlar mövqelərin qeyd olunması məqsədilə keçirilir.
“Əslində, son görüş təsdiq etdi ki, onlar prioritet, mövqelərini qeyd etmək, həmçinin Xəzərin hüquqi statusuna dair gələcək mövqelərini müəyyən etmək və biri-birinə Xəzər dənizində neft və qaz hasilatı ilə məşğul olamağa mane olmamaq məqsədilə görüşürlər”, - deyə F.Sadıxov bildirib.